ADSEA 2,7 milyon manatlıq nəqliyyat vasitələri alır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti avtodartıcılar (yarımqoşqu ilə) alır. Gundelik.az-ın əldə etdiyi məlumata görə, 10 ədəd sözügedən nəqliyyat vasitəsinin alınması nəzərdə tutulub. Belə ki, qurum bununla bağlı müvafiq işlərə başlayıb. Eyni zamanda dövlət xidməti qeyd olunan nəqliyyat vasitələrinin satın alınmasının 2 741 750 manata başa gələcəyini proqnozlaşdırıb. Gundelik.az
