Ramiz Mehdiyevin vəkilləri şikayətlərini geri götürdü – YENİ DETALLAR
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib. Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib. Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina
