Pakistan silahlı qüvvələrində raket qoşunları yaradacaq
Pakistan hökuməti ölkənin silahlı qüvvələri tərkibində müasir texnologiyalarla təchiz olunmuş raket qüvvələri yaratmaq niyyətindədir. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib. Baş nazir bildirib ki, yeni qoşunların yaradılması Pakistanın müdafiə potensialının gücləndirilməsində dönüş nöqtəsi olacaq. Şərif bu açıqlamanı Pakistanın Müstəqillik Günü ərəfəsində İslamabadda keçirilmiş mərasimdə verib.
