RİNN-ə yeni səlahiyyətlər verildi – Bu, nə vəd edir?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yeni səlahiyyətlər əldə edib. Bundan sonra Nazirliklər görülmüş işlərlə bağlı hesabatı Prezidentə, yaxud hökumətə deyil, RİNN-ə təqdim edəcəklər. İki gün öncə Prezident İlham Əliyev tərəfindən rəqəmsal hökumət quruculuğu və rəqəmsal transformasiya ilə bağlı bir neçə sənəd təsdiqlənib. Həmçinin də indiyədək bu sektoru tənzimləyən bəzi sənədlər ləğv edilib. Gundelik.az xəbər verir
