Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə: Qurbanqulu Berdiməhəmmədovun Bakıya gəlişi nə vəd edir?
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyulun 16-da Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşü xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov olsa da, ölkənin əsas siyasi fiquru dövlət başçısının atası Qurbanqulu Berdiməhəmmədovdur. Türkmənistan illərdir neytral xarici siyasətə üstünlük verir və bloklara qoşulmur. Türkmənistan türkdilli dövlət olmasına baxmayaraq, Türk Dövlətləri Təşkilatının üzvü deyil. Türkmənistan
