Qlobal bazarlarda qarışıqlıq davam edir
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin inflyasiya ilə mübarizə və monetar yumşalma prosesinə dair ehtiyatlı açıqlamalarından sonra qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik hökm sürməkdədir. Gundelik.az-ın məlumatına görə, Pauell Rod-Aylend ştatının Providens şəhərində çıxışı zamanı gömrük tariflərinin inflyasiyaya təsirlərinin əsasən qısamüddətli olacağını, lakin daha yüksək və davamlı inflyasiya risklərinin diqqətlə izlənəcəyini və idarə olunacağını bildirib.
