“Erkən nikah qeyri-müəyyən gələcək” gənclərin sosial-psixoloji maarifləndirilməsi layihəsi yekunlaşdı
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikah qeyri-müəyyən gələcək” gənclərin sosial-psixoloji maarifləndirilməsi layihəsi Xaçmaz rayonunda həyata keçirilir. Layihənin əsas məqsədi erkən nikahların qarşısını almaqla, onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.
