Nyu-Yorkda Fələstin və İsrail tərəfdarları arasında QARŞIDURMA: saxlanılanlar var
ABŞ-nin Nyu-York şəhərində Fələstinə dəstək nümayişi keçirən qrupla İsrail tərəfdarları arasında toqquşma baş verib. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Belə ki, Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirən bir qrup insan İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin çıxış edəcəyi sinaqoq qarşısında toplaşıb. Nümayiş zamanı Fələstin və İsrail tərəfdarları arasında toqquşma qaçılmaz olub.
