Dəhlizin adı “Zəngəzur dəhlizi, el dilində isə “Naxçıvan Yolu” dur
Axşam saat 17.00- da minirdik Şərur- Bakı qatarına. Naxçıvan şəhərindən ” Badamlı”, “Sirab” alırdıq. Təxminən Ordubadı keçəndən sonra süfrəni açırdıq. Kupedə olanlar hərə yola nə götürübsə qoyurdu ortaya. Anam mənə kənd toyuğu soyutması, pendir, tərxum yığıb yoluma qoyurdu, bilirdi ki, xoşuma gəlir. Kupedəkilərin çoxu ya özü kəndimizdən ya da qonşu kənddən olardılar. Yeyib içəndən sonra
