İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının spikeri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ölkəmizə rəsmi səfəri çərçivəsində iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. İordaniya Nümayəndələr Palatası spikerinin başçılıq etdiyi parlament nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə
