IEA: Bu il neftə tələb artımı 2009-cu ildən bəri ən aşağı səviyyədə olacaq
Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal neft tələbindəki artımın 2020-ci ildə Covid-19 dövrü istisna olmaqla, 2009-cu ildən bəri ən aşağı səviyyədə olacağını gözlədiyini açıqlayıb. Gundelik.az bu barədə qurumun neft bazarı hesabatına istinadən xəbər verir. Hesabata görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik təxminən 700 min barel artaraq 103,682 milyon barrelə çatacağı
