Göylər, dənizlər və insan qəlbi: Nəbi Xəzri lirikasına baxış
Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Öz şeirlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır. Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir, onun xalqa bağlılığı, onlara sədaqətlə xidməti nümayiş etdirilir.
