Münhen hava limanında dron təhlükəsi: Uçuşlar dayandırıldı
Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanında hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması səbəbindən bütün uçuşlar müvəqqəti dayandırılıb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Hava limanı rəsmilərinin məlumatına görə, ən azı 17 reys ləğv olunub, bu isə təxminən 3 min sərnişinə təsir edib. Bundan əlavə, 15 təyyarə Ştutqart, Nürnberq, Vyana və Frankfurta
