Monitorinq imtahanları şagirdin gələcək təhsilini müəyyənləşdirmir – RƏY
Monitorinq imtahanları şagirdin gələcək təhsilini müəyyənləşdirmir, illik və yarımillik qiymətlərə təsir etmir, attestata yazılmır, heç bir hüquqi nəticə doğurmur. Amma buna baxmayaraq, bir çox valideyn və müəllim bu imtahanı həyat-memat məsələsinə çevirir, uşaqları sanki buraxılış və qəbul imtahanına gedirmiş kimi stress altında saxlayır. Bu, nə pedaqoji, nə də psixoloji baxımdan doğru yanaşma deyil. Gundelik.az xəbər
