Dərələyəzli Molla İmranın yüz il qorunan qədim kitabları
Professor Mahirə Hüseynova: “Dərələyəz mahalının sayılıb-seçilən ruhanilərinə məxsus elmi irsin öyrənilməsi Türk dünyasının vacib tərkib hissəsi olan bu coğrafiyanın mədəni irsi haqqında dolğun təsəvvür yaradar”. Əsrarəngiz gözəllikləri, meşə massivi, dağ silsiləsi, flora və faunası, bitgi örtüyü, yaylaqları, bulaqları, kəhrizləri, maddi və qeyri-maddi mədəniyyət abidələri ilə insanları heyran qoyan qədim türk yurdu Dərələyəz mahalı təkcə təbiəti
