Mütərəqqi rus şeirinin ən yaxşı varisi Lermontov
Mixail Yuryeviç Lermontov böyük rus xalqının ən məşhur ədəbi simalarından biridir. Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən olan Lermontov XIX əsrin birinci yarısında yaşayıb yaratmışdır. Klassik rus poeziyasını onsuz təsəvvür etmək mümkün deyildir. A.S.Puşkin ədəbi məktəbinin poetik şöhrət zirvəsinə yüksələn, rus ədəbi və ictimai fikrinin inkişafında mühüm rol oynayan Lermontov tarixən çox çətin və
