Azərbaycan metal filiz hasilatını artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda metal filizləri hasilatının dəyəri 241,4 milyon manat olub. Gundelik.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104 milyon manat və ya 75,7% çoxdur. Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə
