III MDB oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqləndi
Azərbaycanda keçiriləcək III MDB oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib. Bu barədə Gundelik.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək. Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.
