Qırğızıstanın Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirilib
Qırğızıstanın cənubunda yerləşən Cəlalabad vilayətinin inzibati mərkəzi olan Cəlalabad şəhərinin adı rəsmi olaraq “Manas” adlandırılıb. Gundelik.az xəbər verir ki, ad dəyişikliyi ilə bağlı qərar parlament tərəfindən sentyabrın 10-da qəbul edilib, prezident Sadir Çaparov tərəfindən sentyabrın 17-də imzalanıb və sentyabrın 27-də rəsmi olaraq qüvvəyə minib. Şəhərin adının dəyişdirilməsinə həsr olunmuş rəsmi mərasim şəhərin yuxarı hissəsində keçirilib.
