5 Avqust – Xalq artisti Məmmədtağı Bağırovun 135 illiyi (1890 – 1961)
Məmmədtağı Abbas oğlu Bağırov(1890- 1961) — Müğənni (bariton), məşhur opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti Məmmədtağı Bağırov 1890-cı ildə Bakı şəhərində, fəhlə ailəsində anadan olub. S.Ruhullanın təkidi ilə H.Ərəblinski teatr truppasına daxil olub, H.Sarabski, Ə.Ağdamski, H.Terequlov H.Hacıbababəyov ilə birgə ölməz səhnə əsərlərində çıxış edib. Sənət yolunda ilk addımlarını qadın rolları oynamaqla atıb. Ü.Hacıbəyovun “Əsli və
