Boşananda kimin adına olan əmlak bölünür? – Hüquqşünasdan AÇIQLAMA
Boşanma prosesi yalnız ailə münasibətlərinin hüquqi baxımdan sona çatması ilə məhdudlaşmır. Tərəflər arasında nikah dövründə əldə edilmiş əmlakın bölünməsi də mühüm hüquqi məsələlərdən biridir. Mənzil, ev, torpaq sahəsi, avtomobil, bank hesabındakı vəsait, şirkətdə pay və digər əmlakların hansı qaydada bölünməsi tərəflər arasında tez-tez mübahisələrə səbəb olur. Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə edilən əmlak, bir
