lham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” Şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə “The Goldman Sachs Group Inc.” Şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunuldu, əlaqələrin mövcud vəziyyəti müzakirə olundu. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə “The Goldman Sachs Group Inc.” Arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər
