Suriya qoşunları Latakiya və Tartusa göndərilib
Suriya Müdafiə Nazirliyi bazar günü açıqlayıb ki, tanklar və zirehli maşınlarla birlikdə ordu şəhərlərin mərkəzinə daxil olub. Nazirlik bunu “qanunsuz qrupların” dinc sakinlərə və təhlükəsizlik qüvvələrinə hücumuna cavab olaraq və şəhərlərdə sabitliyi bərpa etmək üçün etdiklərini bildirib. Suriya dövlət xəbər agentliyi SANA, rəsmilərə istinadla xəbər verir ki, Latakiyada etirazlar zamanı hücumlar keçmiş prezident Bəşər Əsədin
