Prof. RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ – 75 İL.
Rüfət Lətif oğlu Hüseynzadə 1951-ci il mayın 4-də Naxçıvan şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Keçən əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə Naxçıvanda əvvəlcə məktəb və mədrəsə təhsili görmüş, sonra yeni tipli, “Rüşdiyyə” məktəbində dövrünün böyük şəxsiyyətlərindən dərslər almışdır. Belə ki, L.Hüseynzadə Türkiyədə təhsil almış Hüseyn Caviddən türk dili, H.Cavidin böyük qardaşı Tehranda təhsil
