Paşinyana elə bunlar kimi rəqiblər lazımdır – Politoloq RƏYİ
Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayır. Bu dəfə də belə oldu. Robert Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı düzənlədi və baş nazir Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər söylədi, eyni gündə oxşar açıqlamalar Serj Sarkisyandan gəldi. Gundelik.az xəbər verir
