Kistoz fibrozla yaşamaq – ümidlə, amma zamanla yarışmaq deməkdir
Həyat bəzən görünməyən bir mübarizənin içində axır. Kənardan sakit, adi görünən günlərin arxasında isə nəfəs uğrunda savaş, zamanla yarış və ümidə sarılan bir iradə gizlənir. Bu, sadəcə bir xəstəliyin hekayəsi deyil – bu, yaşamaq istəyinin, səssiz dözümün və eşidilmək arzusunun hekayəsidir. Gundelik.az xəbər portalına müsahibəsində “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova kistoz
