Azər Badamov: “Azərbaycan iqtisadiyyatının gələcəyi innovasiya və insan kapitalından keçir”
Müasir dövrdə qlobal iqtisadi proseslər sürətlə dəyişir, rəqəmsal texnologiyalar və süni intellekt isə dünya iqtisadiyyatının inkişaf trayektoriyasını müəyyən edən əsas amillərə çevrilir. Bu şəraitdə iqtisadiyyatın dayanıqlığının qorunması, qeyri-neft sektorunun inkişafı, innovativ sahibkarlığın genişləndirilməsi və insan kapitalının gücləndirilməsi Azərbaycan üçün də prioritet istiqamətlərdəndir. Dövlət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, sahibkarlıq mühitinin yaxşılaşdırılması, rəqəmsal transformasiya, innovasiya ekosisteminin
