Xankəndidə kanat xəttinin layihələndirilməsinə 1,2 milyon manat ayrıldı
Xankəndi şəhərində tikintisi nəzərdə tutulan kanat xətti layihələndiriləcək. Gundelik.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müvafiq işləri yekunlaşdırıb. AYNA layihələndirmə işlərinin icrasını “ArchiCO Project” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, kanat xəttinin layihələndirilməsi 1 209 500 manata başa gələcək. Kanat xəttini layihələndirəcək şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat
