Mahnı yelkəninə çevrilən şair-İslam Səfərli
Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar isə elin etibarını, ümidini doğrultmağı müqəddəs borc sayırlar. Böyük insan, dramaturq nəğməkar şair, içtimai xadim İslam Səfərli onların önündə
