Gəlirin ərzağa xərclənən hissəsi ölkənin iqtisadi güzgüsü kimidir – RƏY
Ailə gəlirləri artdıqca büdcədə ərzaq məhsullarına xərclərinin payı azalır. Bu faktı ilk dəfə 19-cu əsrdə alman statistik Ernst Engel iqtisadi qanun şəklinə salıb. Ona görə də buna Engel qanunu deyirlər. Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb. O bildirib ki, səbəb çox sadədir: “İnsan nə qədər çox qazansa da, mədəsi böyümür.
