ING: 2025-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,1 % artacaq
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 % və 2027-ci ildə 2 % artacağını proqnozlaşdırır. Bu barədə Gundelik.az ING-yə istinadən xəbər verir. Əvvəlki proqnozlarla müqayisədə cari il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,1 faiz bəndi artırılıb, 2026-2027-ci illər üçün isə dəyişməz qalıb. Beləliklə, ING 2025-2027-ci illərdə ölkənin ÜDM-nin orta illik artımını 2,1 %
