Azərbaycanda yaşayış evlərinə rekord yatırım – bu il 1,3 milyard manatdan çox vəsait ayrılıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,3 milyard manat sərf olunub. Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 51,9% çoxdur. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala
