Sözün yağışı-İmarət Cəlilqızı şeirlərindən
ƏVVƏL ONUN, SON ONUN Tanrı bilib… Əzəldən duyan ürək veribdir, cılız, balaca da yox, ümman ürək veribdir — tərk edilmiş qəmlərə yer ayırsın içində, o qəmləri də görsün Son qapını açanda. Tanrı bilib… Əzəldən münbit ürək veribdir, acı tikan sancsalar, becərib gül eyləsin, igid ürək veribdir, yaralayıb qaçsalar, su atıb əl eyləsin. Tanrı bilib… Əzəldən
