ELMİN VƏ MƏDƏNİYYƏTİN İŞIQ DAŞIYICISI: İLİN ALİMİ KAMAL CAMALOV
Hər bir alim öz yaradıcılığı ilə elmi mühitə yalnız yeni fikir gətirmir, həm də düşüncə mədəniyyətinin formalaşmasına töhfə verir. O, elmin sakit görünən səmasında sözünün işığını yandırır və həmin işıq tədricən onun nüfuzuna çevrilir. Alimin nüfuzu vəzifə və ya tituldan ibarət deyil, məhz ortaya qoyduğu konseptual baxışdan, cəmiyyətə təqdim etdiyi sağlam elmi mövqedən
