“Dağda gözəllik təbii gəlir: Qızarmış yanaqların səbəbi nədir?”
Təbiətin qoynunda, xüsusilə də dağlıq ərazilərdə yaşayan insanları fərqləndirən bir cəhət var: onların yanaqlarındakı təbii qızartı. Bu parlaq və sağlam görünüş bəzən romantik təsvirlərlə izah olunsa da, əslində bunun arxasında maraqlı tibbi səbəblər dayanır. Bəs dağda yaşayan insanların yanaqları niyə daha çox qızarır? Bu, sadəcə soyuq hava və ya fiziki fəallıqla bağlıdır, yoxsa, orqanizmin dağ
