Zəngəzurun sədası klarnetdə canlandı – Hüseyn Məhəmmədoğlundan milli musiqiyə böyük töhfə
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu uzun müddət üzərində çalışdığı “Zəngəzur yallısı” adlı irihəcmli musiqi layihəsini ictimaiyyətə təqdim edib. Milli musiqi irsimizin dərin qatlarına söykənən layihə həm ideya, həm də ifa baxımından xüsusi maraq doğurub. Təqdimat mərasimində filologiya elmləri doktoru, Xalq yazıçısı və ADU-nun rektoru Kamal Abdulla, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, mədəniyyətşünas Sevda Güləliyeva, əməkdar
