Azərbaycanın humanitar yük idxalı və ixracı azaldı
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 23,8 milyon ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə idxal edilib. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 28,9 milyon ABŞ dolları və ya 54,9% azdır. Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi 0,17%
