Dünyanın ən yaxşı hotellərinin adları AÇIQLANDI
Braziliyada yerləşən “Colline de France” hoteli “The Travellers’ Choice Awards” tərəfindən dünyanın ən yaxşı hoteli seçilib. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu göstərici rəylər əsasında tərtib edilib. Beşulduzlu mehmanxananın Braziliyanın Qramado bələdiyyəsində yerləşdiyi və mürəkkəbliyi və rahatlığı özündə birləşdirdiyi bildirilir. İkinci yeri Maldiv adalarında yerləşən və beş ulduzlu “Oblu Select Lobigili” hoteli tutub.
