Kolumbiyada hərbi baza yaxınlığında partlayış: ölən və yaralananlar var
Kolumbiyanın Kali şəhərində hərbi hava bazası yaxınlığında bombalı hücum olub. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 36 nəfər isə yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Valle del Kauka bölgəsində yerləşən Marko Fidel Suares Hərbi Hava Bazası yaxınlığında bomba yüklü yük maşını partladılıb. Partlayış ətrafdakı
