Yel qanadlı illərin sorağında -Həmzə Əliyev 60
Düz 60 il bundan əvvəl payızın ilk günlərində-sentyabrın 5-i Qərbi Azərbaycanın Uluxanlı mahalının Dəmirçi kəndində Qəmbər kişinin ailəsində bir oğlan dünyaya göz açdı. Azərbaycanlı ailəsində oğul övladının dünyaya gəlişi toy- bayram olsun gərək, şübhə yoxdur ki, rəhmətlik Qəmbər kişi onun gəlişinə çox sevinmiş, mühtəmələn beşiyinin başında “ Güclü belimin qüvvəti oğul, qaranlıq gözlərimin işığı oğul”-
