Süni intellekt platforması söhbətləri sızdırdı: şəxsi məlumatlar təhlükə altındadır
Süni intellekt platforması “Grok AI”nin 370 mindən çox söhbəti “Google” tərəfindən indekslənərək ictimaiyyətə açıq hala gətirilib. Bu barədə Gundelik.az ABŞ-nin “Forbes” jurnalına istinadən xəbər verir. Məlumata görə, istifadəçilərin birdəfəlik keçidlər vasitəsilə paylaşdığı sessiyalar axtarış nəticələrində görünməyə başlayıb. Bu söhbətlərdə parollar, sağlamlıq məlumatları, şəxsi münasibətlər, hətta narkotik və zorakı ifadələr kimi həssas məlumatların yer aldığı bildirilir.
