Yeddi illik vergi güzəştləri bitir: gələn il əməkhaqqından tutulan vergilər 30% artacaq
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05% çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq. Bəs bu artım nəyin hesabına olacaq? Gundelik.az xəbər
