Filmə bənzər fırıldaq: X-ray masaları və xüsusi eynəklərlə milyonlarla dollar oğurlandı
ABŞ-də məşhur idmançıların, varlı iş adamlarının və peşəkar qumarbazların iştirak etdiyi gizli poker oyunlarının arxasında iri miqyaslı fırıldaqçılıq şəbəkəsinin dayandığı üzə çıxıb. Gundelik.az xəbər verir ki, Federal Təhqiqat Bürosu (FTB) və federal prokurorların açıqlamasına görə, “Ocean’s Eleven” filmini xatırladan bu sxemdə rentgen şüaları ilə işləyən poker masaları, gizli kameralar, çip qablarına quraşdırılmış analiz cihazları, eləcə
