Tikinti yalnız beton və dəmir deyil, insanın gələcəyə qoyduğu imzadır – Raman Abdullayev
“Hər bina bir insan ömrünün izini daşıyır. Mühəndis isə sadəcə tikmir, cəmiyyətin sabahını formalaşdırır.” İnsan tarixini vərəqlədikcə bir həqiqət dəyişməz qalır: sivilizasiyalar əvvəlcə daş üzərində iz qoyub, sonra isə həmin izlər şəhərlərə, körpülərə, yollara, məktəblərə, xəstəxanalara çevrilib. Hər tikili yalnız beton, armatur və poladdan ibarət deyil. O, insanların arzularını, zəhmətini, təhlükəsizliyini və gələcəyə olan inamını
