Rusiya generalı Moskvada partlayış nəticəsində öldürülüb
Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, Moskvada avtomobil partlayışı nəticəsində Rusiya generali ölüb. Komitə bildirib ki, general-leytenant Fanil Sarvarov bazar ertəsi səhər avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğu işə düşdükdən sonra həlak olub. 56 yaşlı Sarvarov silahlı qüvvələrin əməliyyat təlimi idarəsinin rəhbəri olub. Araşdırmalara görə, partlayıcı qurğunun Ukrayna kəşfiyyat xidmətinin iştirakı ilə yerləşdirilmiş ola biləcəyi ehtimal
