“Özünlə şeir apar, Saib…”
Dahi Azərbaycan şairi Mirzə Məhəmməd Əli Saib Təbrizi dünya ədəbiyyatının ölməz simalarındandır. Onun əsərlərində öz xalqının mənəvi dünyası, bədii dühası öz əksini tapıb. Tamamilə yeni üslubda şeirlər yazan Saibin şöhrəti az bir zamanda bütün farsdilli ölkələrə yayılıb, poeziyası çox yüksək qiymətləndirilib. XVII yüzillikdə Füzuli ədəbi məktəbinin davam və inkişaf edilməsində Saib Təbrizinin böyük xidmətləri
