Eldəniz Əmirov: “Qlobal enerji və ərzaq riskləri idarə olunan səviyyədədir”
Son dövrlərdə qlobal iqtisadiyyatda baş verən hadisələr – enerji bazarlarında gərginlik, ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlar və müxtəlif regionlarda davam edən münaqişələr – dünya iqtisadiyyatının gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırır. Xüsusilə Hörmüz boğazı ətrafında baş verənlər, Yaxın Şərqdəki qeyri-sabitlik və Rusiya-Ukrayna müharibəsi fonunda həm enerji, həm də ərzaq böhranı riskləri geniş müzakirə olunur.
