Əfqanıstanda avtobusun aşması nəticəsində 25 nəfər ölüb
Əfqanıstanın paytaxtı Kabildə ağır yol qəzası baş verib. Gundelik.az “Tolo News”a istinadən xəbər verir ki, sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 25 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Abdulmetin Kani açıqlamasında bildirib ki, qəza sürücünün səhlənkarlığı səbəbindən baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Gundelik.az
