Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb. Aqeqnehu Teşager Azərbaycanın Efiopiya üçün çox mühüm bir ölkə olduğunu söyləyərək, xüsusilə Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərindən sonra ikiölkə arasında münasibətlərin daha da gücləndiyini bildirib. Görüşdə qeyd olunub ki, Efiopiya
