Ədəbiyyat İnstitutunun nümayəndəsi Özbəkistanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
ww.science.gov.az saytının yaydığı məlumata görə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova Özbəkistan Respublikasının Qaşğadərya vilayətinin Qarşı şəhərində yerləşən Asiya Texnologiyalar Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak edib. Özbəkistan Respublikası Elm, Təhsil və İnnovasiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunan “Filologiya elminin aktual məsələləri” adlı elmi konfransda Azərbaycan, Türkiyə, Qırğızıstan,
